Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.
İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:
“Mən əslində bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” - deyə İsa Həbibbəyli bildirib.