İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanda jurnalistlərlə görüşü zamanı bildirib ki, İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.
Bəs bu mesajı necə dəyərləndirmək olar?
Politoloq Amid Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Vahid Cəlalzadə Azərbaycana rəsmi səfəri zamanı etdiyi çıxışda, İran ətrafında yerləşən ölkələrə növbəti mümkün eskalasiya fonunda dolayı, lakin açıq şəkildə təhlükə xarakterli mesajlar ötürüb:

"Bu çıxış regional təhlükəsizlik kontekstində məsuliyyətli diplomatik xəbərdarlıqdan daha çox, mümkün qarşıdurmanın nəticələrinin qonşu dövlətlərə də sirayət edəcəyinə dair siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər".
Aytəkin TOFİQQIZI