AZ

Domenikali Milan-2026 Olimpiadası məşəl estafetinin məşəlçisi olacaq

Formula 1-in baş direktoru Stefano Domenikali Milan-2026 Qış Oyunlarının Olimpiya məşəl estafetində rəsmi məşəlçi kimi iştirak edəcək. Bu barədə Oxuməni.az “Championat.com”a istinadla xəbər verir.

"Formula 1 və Olimpiya məşəli. Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali Milan-Kortina-2026 məşəl estafetinə rəsmi məşəlçi kimi qoşulacaq. Ehtiras, mükəmməllik və idman birləşir", - Olimpiya və Paralimpiya Qış Oyunlarının rəsmi X sosial şəbəkə hesabında yazılıb.

Estafetin cədvəlinə əsasən, onun Milan mərhələsi fevralın 5-6-na planlaşdırılıb. Şəhərdə marşrutun son nöqtəsi "San Siro" stadionu olacaq. Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milan və Kortina d'Ampezzoda keçiriləcək.

Almaz Həsənli

Seçilən
13
1
oxumeni.az

2Mənbələr