AZ

“Sumqayıt”ın sabiq futbolçusu I Liqa klubunda

“Sumqayıt” və “Araz-Naçxıvan”ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.

Qabil Əlizadə karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

Qeyd edək ki, “Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
5
1
msport.az

8Mənbələr