Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə mərhələli şəkildə zəiflədilməsi riskini yaradır. Krım, Xerson taleyi ilə bağlı isə hazırda real müzakirələr aparılmır. Bununla belə, Rusiya özünün çətin vəziyyətə düşdüyünün də fərqindədir. ABŞ prezidenti isə Donbasın verilməsi müqabilində atəşkəsə nail olmağa çalışır.
Rusiya müharibədən ciddi şəkildə yorulub. Ölkə iqtisadiyyatı və maliyyə sistemi yaxın perspektivdə dərin böhran riski ilə üz-üzədir. Moskva işğal etdiyi ərazilərin heç olmasa bir hissəsinin de-yure tanınmasına nail olmağa çalışır. Lakin Ukrayna, Avropa İttifaqı və Böyük Britaniya buna razılıq verməyəcək. Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın ABŞ və Rusiya arasında bölünməsinə imkan vermədi.
Əgər Ukrayna bir neçə ay ərzində Rusiya ordusunu cəbhə xəttində saxlaya və ona yeni itkilər yaşada bilsə, Vladimir Putin atəşkəslə razılaşmağa məcbur qala bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31