Metronun "28 may" stansiyası ərazisində xətlərin ayrılması layihəsi birmənalı şəkildə vacibdir.
Day.Az xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablayarkən deyib.
"Bilirik ki, layihə tətbiq edildikdə hansı sayda əhali metrodan istifadə edə bilməyəcək. 11 yeni müvəqqəti marşrut xətti yaradılacaq ki, əhali daşına bilsin. Bununla da metronun daşıyacağı əhalini avtobuslar əvəz edə biləcək".