AZ

Bakıda qanunsuz tikili SÖKÜLDÜ

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində fiziki şəxs Yoldaşov Emil Eynulla oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

Seçilən
84
17
Ajans.az

10Mənbələr