AZ

Metrodan istifadədən sonra kartların balansından bir neçə dəfə ödəniş tutulması iddialarına aydınlıq gətirildi

Bakı.Trend:

"BakıKart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm “birdəfəlik keçid imkanı”, həm də gecikdirilmiş avtorizasiyaprinsiplərini əhatə edir. "Birdəfəlik keçid” funksiyası sayəsindəkart balansı kifayət etmədiyi hallarda belə sərnişin metrodanistifadə edə bilər. Balans bərpa olunduqda ödəniş avtomatiktutulur.

Trend xəbərverir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsrolunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

“Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarınınçevik şəkildə, 1 saniyədən də az vaxtda aparılmasını təmin edir.Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının banksistemlərinin yüklü olması səbəbindən birbaşa yox sonradanrəsmiləşdirilməsinə imkan verir. Məhz bu hal bəzən sərnişinlərdəelə təəssürat yaradır ki, metrodan istifadəyə görə ödəniş bir yoxbir neçə dəfə tutulur”.

RİNN rəsmisi bildirib ki, istənilən halda sərnişinlərin hər birmüraciəti əlaqə mərkəzimiz tərəfindən həm zəng həm də social mediavasitəsi ilə qeydiyyata alınıb araşdırılır.

Əgər həqiqətən də yalnışlıq baş veribsə mütləq şəkildəsərnişinlərə artıq tutulmuş məbləğ geri qaytarılır”

Seçilən
69
2
az.trend.az

3Mənbələr