AZ

Bakıda neçə köhnə avtobusun yenilənməyə ehtiyacı var?

Hazırda Bakıda 2300 avtobus fəaliyyət göstərir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada jurnalistləri suallarını cavablandırarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, bunlardan 1000-ə yaxın avtobusun dəyişilməsinə ehtiyac var:

“Avtobus parkına yeni daxil olan avtobusların rənginin qırmızı olması tələbini qoyuruq. 2030-cu ilə qədər 1000 avtobusun yenilənməsi nəzərdə tutulub”.

"Cebheinfo.az"

Seçilən
50
5
cebheinfo.az

6Mənbələr