AZ

Bölgələrimiz gələcəyin inkişaf modeli kimi formalaşır- ÖZƏL

"Qubadlı bu gün işğaldan azad edilmiş ərazilər arasında ən fəal bərpa və yenidənqurma mərhələsini yaşayan rayonlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Qubadlıda infrastruktur, sosial obyektlər, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində genişmiqyaslı layihələr icra olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Hazırda Qubadlıda yolların, yaşayış massivlərinin, məktəblərin və ictimai binaların tikintisi sürətlə davam edir. Bu, yaxın gələcəkdə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışı üçün möhkəm əsas yaradır. Qubadlı artıq dirçəlişin planlı mərhələsini yaşayan, gələcəyin inkişaf modeli kimi formalaşan bölgələrimizdən biridir.
Bütün bu proseslər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin və Cənab Prezident İlham Əliyevin uzaqgörən liderliyinin real nəticəsidir. Qubadlının bərpası yalnız fiziki infrastrukturun qurulması deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və azadlıq ruhunun təcəssümüdür.
Qubadlıda həyata keçirilən layihələr bölgənin gələcək sosial-iqtisadi inkişafını, əhalinin sabit məskunlaşmasını və uzunmüddətli rifahını təmin edəcək. Əminəm ki, yaxın illərdə Qubadlı azad edilmiş torpaqlarda yenidənqurmanın, müasir idarəetmənin və davamlı inkişafın nümunəsinə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr