AZ

"Qarabağ" "Liverpul"u uda BİLMƏZ" - VİDEO

Məşhur türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ" - "Liverpul" qarşılaşması ilə bağlı verdiyi proqnozla diqqət mərkəzinə düşüb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Şener bildirib ki, Ağdam təmsilçisinin bu oyunda qələbə qazanması olduqca çətin görünür.

Onun sözlərinə görə, İngiltərə klubu da turnirdə ilk "8-lik"də yer almaq üçün mübarizə apardığından matça ciddi yanaşacaq:

"Qarabağ"ın "Liverpul"u məğlub etməsi çox çətindir. Çünki onlar da ilk "8-lik"də yer almaq üçün hesablamalar aparırlar. Mən "Qarabağ"ı çox sevirəm, lakin mövcud vəziyyət bu fikirdə olmağıma əsas verir".

Tanınmış şərhçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Bəzi azarkeşlər Ertem Şenerin fikirlərini dəstəkləsə də, "köhlən atlar"a ümid bəsləyən və "Qarabağ"ın sürpriz nəticə göstərəcəyinə inananlar da az olmayıb.

Seçilən
51
48
day.az

10Mənbələr