AZ

ABŞ-də ölənlərin sayı 50-ni keçdi

ABŞ-nin üçdə bir hissəsində tüğyan edən güclü qar fırtınası azı 51 nəfərin ölümünə səbəb olub. “

Sitat.info xəbər verir ki, Luiziana və Tennessi ştatlarının hər birində 8 nəfər şaxtalı havanın qurbanı olub. Nyu-York meri Zohran Mamdani isə 10 nəfərin küçədə ölü aşkarlandığını bildirib.

ABŞ-nin Milli Meteorologiya Xidməti temperaturun gələn həftə ərzində normadan xeyli aşağı qalacağını açıqlayıb.

Növbəti həftə ərzində əhalinin təxminən 80%-nin yaşadığı ərazilərdə temperaturun sıfırdan aşağı olacağı gözlənilir. Xatırladaq ki, ölü sayı ilə bağlı ən son rəqəm 34 idi.

Seçilən
3
2
sitat.info

3Mənbələr