ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rejissor, ssenarist və prodüser, eyni zamanda texnologiya fəalı kimi tanınan Timur Bekmambetovun rejissorluğu ilə lentə alınmış "Edam olmaz-əfv etmək" adlı fantastik savaş filmi ABŞ ekranlarında ilk həftəsonu ərzində 11,2 milyon dollar gəlir gətirib. Bununla da, Qazaxıstan və Rusiyada məşhur olan T. Bekmambetovun bu fantastik filmi dünya şöhrətli, "Oskar"lı Hollivud rejissoru Ceyms Kemeronun ekranlaşdırdığı "Avatar: alov və kül" filminin beşhəftəlik liderliyinə son qoyub.
Reyting.az "Variety" nəşrinə istinadla xəbər verir ki, yanvar ayı boyunca birinciliyini saxlayan "Avatar: alov və kül" bu həftəsonu 7 milyon dollarla ikinci yerə düşüb.
T. Bekmambetovun filmi beynəlxalq bazarda zəif nəticə göstərib ki, rejissor kassa gəlirlərinin azalmasını Avropa tamaşaçısının fərqli baxışları və zövqləri ilə əlaqələndirməyə çalışıb.
Qeyd olunur ki, ümumilikdə beynəlxalq kino bazarında bu film 11,6 milyon dollar, dünya üzrə isə cəmi 22,8 milyon dollar toplaya bilib.
Qəribə olsa da, milyonların maraqla baxdığı bu film kino tənqidçilərindən aşağı qiymət - 17 faiz alıb.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.