AZ

Klopp yeni futbol liqası yaradır

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Klopp Bundesliqaya keçiddən əvvəl gənc futbolçuların kifayət qədər oyun təcrübəsi qazanmasına kömək edəcək U-21 liqası yaratmaq niyyətindədir. O, bu layihə üzərində Markus Kroeşe, Sami Xedira, Andreas Rettiq və Mark Lentslə birlikdə çalışır. Qeyd olunur ki, yeni liqa ideyası gənc istedadların əsas komandaya yüksəlməsinin getdikcə çətinləşməsi ilə bağlı narahatlıqlar fonunda ortaya çıxıb.

Təşkilatçıların fikrincə, mövcud sistemin bir sıra çatışmazlıqları var. Belə ki, Avropada ən məhsuldar 100 akademiya arasında cəmi doqquz Almaniya akademiyası yer alır, Bundesliqa Avropanın beş aparıcı liqası arasında öz akademiyasından çıxmış futbolçuların sayına görə ən aşağı göstəriciyə malikdir, həmçinin Bundesliqada oynanılan dəqiqələrin 85 faizi akademiya məzunları olmayan futbolçuların payına düşür.

Seçilən
19
publika.az

1Mənbələr