Mehdiabaddan “28 May” istiqamətinə tramvay yolu çəkiləcək
Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Busaat.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb: “Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.