AZ

Uşaqlar yaşayış minimumundan az olmayan maddi təminatALACAQ

Uşaqların sosial təminat hüquqlarının gücləndirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunub.

Redaktor.az-ın məlumatına görə, söhbət “Uşaq hüquqları haqqında” yeni qanun layihəsindən gedir.

Layihədə qeyd olunur ki, hər bir uşaq sosial təminat hüququna malikdir və ona göstərilən maddi təminatın məbləği qanunla müəyyən edilmiş yaşayış minimumundan az ola bilməz. Bu yanaşma uşaqların minimum sosial rifah səviyyəsinin dövlət tərəfindən qorunmasını nəzərdə tutur.

Sənədə əsasən, dövlət uşaqların sosial müdafiəsini təmin etmək məqsədilə müxtəlif kateqoriyalara aid şəxslərə sosial yardımlar göstərir. Çətin həyat şəraitində olan uşaqlar və onların ailələri üçün “Sosial xidmət haqqında” qanuna uyğun olaraq dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanətli həcmdə ödənişsiz sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində yerli özünüidarəetmə orqanlarının da rolu xüsusi vurğulanır. Belə ki, bələdiyyələr uşaqlar üçün dövlət sosial təminatına əlavə olaraq yerli sosial müdafiə proqramları həyata keçirə bilərlər. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarının da dövlət sifarişi çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə imkanları hesabına uşaqların sosial müdafiəsinə yönəlmiş tədbirlər görməsi təşviq edilir.

Qeyd edək ki, qanun layihəsinin məqsədi uşaqların sosial hüquqlarının daha etibarlı mexanizmlərlə qorunmasını və sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təmin etməkdir.

Seçilən
35
redaktor.az

1Mənbələr