AZ

Nərgiz Süleymanova: "Azərbaycan bayrağı altında çıxış etmək mənim üçün böyük qürurdur"

Azərbaycan bayrağı altında çıxış etmək Nərgiz Süleymanova üçün böyük qürurdur.

Fiqurlu konkisürən bunu "Report"a açıqlamasında bildirib.

O, İtaliyanın Merano şəhərində keçirilən "Merano Ice Trophy" yarışında gümüş medal qazanmasına münasibətinin bildirib:

"Hər gün məşq edirəm. Bu nəticəyə çox sevindim, amma qarşıdakı yarışlarda daha böyük uğurlar əldə etmək istəyirəm. Azərbaycan bayrağı altında çıxış etmək mənim üçün böyük qürurdur. Yaxın gələcəkdə məqsədim çıxışımı daha da inkişaf etdirməkdir. Mənə həmişə dəstək verdiyi üçün federasiyaya dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Nərgiz Süleymanova İtaliyadakı turnirdə qısa və sərbəst proqramda ümumilikdə 166.39 xal toplamaqla 10 idmançının mübarizəsində ikinci olub.

Seçilən
9
far.az

1Mənbələr