İranda daha bir şəxs casusluq ittihamı ilə edam edilib.
"Cebheinfo.az" İran mediasına istinadən xəbər verir ki, Həmidreza Sabet Esmailpur adlı şəxs İsrailin kəşfiyyat orqanı MOSSAD-la əməkdaşlıq ittihamına görə edam olunub.
Qeyd edək ki, sözügedən şəxs ötən il mayın 29-da həbs olunub və onun edamı İranda baş verən son etiraz aksiyaları ilə əlaqəli deyil.
"Cebheinfo.az"