AZ

Dövlət çətin həyat şəraitində olan uşaqları aşkarlayacaq

Bakı. Trend:

Dövlət çətin həyat şəraitində olan uşaqların aşkarlanması vəonların sosial müdafiəsi üzrə mexanizmlər müəyyən edəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, valideyn himayəsindən məhrum olanuşaqların aşkarlanması və sosial xidmət müəssisələrinəyerləşdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğunolaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən həyata keçiriləcək.

Çətin həyat şəraitində olan uşaqlar (valideyn himayəsindənməhrum olan uşaqlar istisna olmaqla) barədə məlumata malik olandövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları,hüquqi və ya fiziki şəxslər belə məlumatları onların aşkar edildiyiərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerlikomissiyaya təqdim etməlidirlər.

Uşağın yaşayış yeri onun aşkar edildiyi ərazi olmadıqda uşağınaşkar edildiyi ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerlikomissiya uşaqla işin aparılması üçün məlumatları uşağın faktikiyaşayış yeri üzrə müvafiq komissiyaya göndərəcək. Uşağın yaşayışyeri məlum olmadıqda onunla iş aşkar edildiyi ərazi üzrə uşaqhüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən həyatakeçiriləcək.

Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya uşaq barədəməlumat daxil olduqda dərhal onun yaşayış yerinə və ya olduğu yerəgedilməsini, uşağın vəziyyətinin (sağlamlıq vəziyyəti, psixolojivəziyyəti, əlilliyi müəyyən edilmiş uşağa xüsusi qayğının mövcudolub-olmaması, uşağa qarşı zorakılıq hallarının mövcudolub-olmaması və yaşayış şəraiti) ilkin müayinəsinin keçirilməsinivə təcili və təxirəsalınmaz tədbirlərin görülməsini təşkiledəcək.

Valideyninin və digər qanuni nümayəndəsinin müşayiəti olmadanxarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlikyaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası vəreabilitasiyası üzrə tədbirlər müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyatakeçiriləcək.

Çətin həyat şəraitində olan uşağın fərdi məlumatlarınıntoplanması, işlənməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında”Qanuna uyğun olaraq həyata keçiriləcək.

Xidmətlər göstərilərkən uşağa münasibətdə zorakılığı nəzərdətutan tədbirlərin və metodların tətbiqi, onun valideynləri (onlarıəvəz edən şəxslər), digər ailə üzvləri və ya ətraf mühitləəlaqəsinin məhdudlaşdırılması qadağan ediləcək.

“Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarhaqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunlayihəsi

“Uşaq hüquqları haqqında” Qanuna uyğun olaraq çətin həyatşəraitində olan uşaqları aşkar etmək və onlara münasibətdə sosialmüdafiə tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlətorqanlarına (qurumlarına) məlumat vermək uşaq hüquqlarınınmüdafiəsi üzrə yerli komissiyalar səlahiyyətinə aid ediləcək.

Seçilən
47
1
az.trend.az

2Mənbələr