Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil edib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.