AZ

“PaşaBank”ın IPO-da əsas hədəfi yerli investorlar olacaq

"PaşaBank IPO prosesi çərçivəsində əsas hədəf investor kateqoriyası kimi Azərbaycan vətəndaşlarını, fiziki şəxsləri və fərdi investorları olunacaq".

Bunu PAŞA Bankın İdarə heyətinin  sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib. O qeyd edib ki, fərdi investorların IPO-da iştirakını asanlaşdırmaq məqsədilə maliyyə tətbiqləri və rəqəmsal platformalar üzərindən səhm alışına imkan yaradılacaq:

"Səhmin alışı prosesinin yerli əhali üçün daha rahat, əlçatan və komfortlu olması prioritet məsələdir. Fərdi investorların IPO-da iştirakını asanlaşdırmaq məqsədilə maliyyə tətbiqləri və rəqəmsal platformalar üzərindən səhm alışına imkan yaradılacaq. Bu proses bir neçə iri bankın mobil tətbiqləri, həmçinin ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin platformaları vasitəsilə həyata keçiriləcək.  IPO-da iştirak üçün heç bir məhdudiyyət nəzərdə tutulmur, lakin əsas fokus yerli bazar iştirakçıları üzərindədir. Xüsusilə Azərbaycan vətəndaşlarının kapital bazarında fəal iştirakının təşviq edilməsi əsas məqsədlərdən biridir".

Sədr həmçinin vurğulayıb ki,  səhmlərin satışı yalnız Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. Digər regionlarda və xarici bazarlarda isə satış nəzərdə tutulmayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
91
2
yenisabah.az

3Mənbələr