AZ

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
 
Seçilən
88
49
moderator.az

10Mənbələr