AZ

“Rəqib komandaya böyük hörmətimiz var” – Marko Yankoviç 

“Qarabağ” klubunun futbolçusu Marko Yankoviç Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bildirib ki, dünyanın ən əfsanəvi stadionlarından birində və ən güclü komandalardan birinə qarşı oynamaq onlar üçün böyük şərəfdir:

“Bu gün yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq. Rəqib komandaya böyük hörmətimiz var. Onlar öz meydanlarında çıxış edirlər, biz isə qonağıq. Buna baxmayaraq, meydanda yaxşı oyun göstərməyə və müsbət nəticə əldə etməyə çalışacağıq”

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Seçilən
53
4
idmanxeber.az

5Mənbələr