AZ

Mourinyo “Qarabağ”a məğlubiyyətixatırladı

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti yada salıb.

Redaktor.az xəbər verir ki, o, həmin matçın komandanın bugünkü pley-off şanslarının azalmasına təsir etdiyi bildirib. 

Məşhur mütəxəssis bu gecə “Real”a qarşı keçirəcəkləri ÇL oyunundan əvvəl bu barədə danışıb: “Pley-off şanslarımızın az olmasında ilk turdakı məğlubiyyətin (“Benfika” ilk turda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzmuşdu) rolu böyükdür.

Onu qazansaydıq, indi daha çox xalımız var idi. Düzdür, burda “Bayer”ə (Leverkuzen) məğlubiyyətin də rolu var. Amma ev matçlarında qalib gəlməli idik”.

Seçilən
40
3
redaktor.az

4Mənbələr