Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək.
"Sabah" hazırda A qrupunda 25 xalla ikinci, "ağ-qaralar" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.
"Sabah" - "Neftçi" oyununun tarixi açıqlanıb
"Lənkəran" heyətinə kanadalı basketbolçu qatıb
NTD heyətini yeni basketbolçu ilə gücləndirib
ABL: "Sumqayıt" "Ordu"nun qonağı olacaq
ABL: XIII tura yekun vurulub