AZ

ABŞ Yaxın Şərqdə genişmiqyaslı hava təlimlərinə başlayıb

Təlimlərin məqsədi döyüş aviasiyasının bölgədə sürətli şəkildə yerləşdirilməsi imkanlarını nümayiş etdirməkdir...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə genişmiqyaslı hava təlimlərinin başladığını açıqlayıb. Rəsmi məlumata görə, manevrlər ABŞ-nin öz məsuliyyət zonasına daxil olan ərazilərdə döyüş aviasiyasını qısa müddətdə yerləşdirmək və əməliyyatlara hazır vəziyyətə gətirmək qabiliyyətini nümayiş etdirməyə yönəlib.

CENTCOM-un bəyanatında bildirilib ki, təlimlər çərçivəsində müxtəlif tipli döyüş təyyarələrinin, strateji bombardmançıların və dəstək aviasiyasının koordinasiyalı fəaliyyəti məşq edilir. Manvrlərin əsas hədəflərindən biri regionda təhlükəsizlik mühitinə təsir göstərə biləcək istənilən təhdidə operativ cavab vermək imkanlarını yoxlamaqdır.

ABŞ hərbi komandanlığı vurğulayıb ki, bu cür təlimlər müttəfiq və tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Təlimlər zamanı hava hücumundan müdafiə sistemləri, kəşfiyyat imkanları və komanda-nəzarət mexanizmləri də sınaqdan keçirilir.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə keçirilən bu miqyaslı hava təlimləri Vaşinqtonun bölgədəki hərbi mövcudluğunu və çəkindirici potensialını nümayiş etdirmək məqsədi daşıyır. Bu, həm regional müttəfiqlərə dəstək mesajı, həm də mümkün rəqiblərə xəbərdarlıq kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr