Dünən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi, eləcə də Qara və Azov dənizləri üzərində ümumilikdə 75 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
24 hava hədəfi Krasnodar diyarı, 23-ü isə Krım üzərində vurulub. Daha 6 PUA Qara dəniz üzərində məhv edilib.
Bundan əlavə, Belqorod vilayəti üzərində 5, Həştərxan üzərində 4, Kursk üzərində 3, Voronej və Bryansk vilayətləri üzərində 2, Rostov, Tambov və Volqoqrad vilayətləri üzərində isə 1 PUA zərərsizləşdirilib. Azov dənizi üzərində isə daha 3 dron vurulub.