Adı “Liverpul”la hallanan Xabi Alonso kluba tələblər irəli sürüb. Metbuat.az xəbər verir ki, Alonso "Liverpul"la razılığa gələcəyi təqdirdə rəhbərlikdən transferlər tələb edib. "Indykaila News" məlumat verir ki, Alonso 4 futbolçunun transferini tələb edib. Mütəxəssis "Kristal Pelas"dan Adam Uorton, PSJ-dən Bredli Barkola, "Bavariya"dan isə Maykl Olisen və "Tottenhem"dən Mikki van de Venin transferlərini tələb edib. Xəbərdə deyilir ki, bu transferlərin ümumi dəyəri 400 milyon funt-sterlinq civarındadır. Məlumata görə, “Liverpul” rəhbərliyi ilə Alonso arasında danışıqlar məshuldar alınıb.