AZ

Əfqanıstanda milyonlarla qız təhsildən məhrum edilib

Əfqanıstanda "Taliban" rəhbərliyi qız uşaqlarının orta və ali təhsil müəssisələrinə çıxışını qadağan edən qərarı daimi siyasətə çevirib.

Adalet.az xəbər verir ki, UNESCO-nun məlumatına görə, "Taliban"ın hakimiyyətə gəlişindən sonra təxminən 2,2 milyon qız şagird ibtidai təhsildən sonrakı mərhələdə təhsil almaq imkanından məhrum qalıb.

Qərara əsasən, Əfqanıstanda qızlar və qadınlar 6-cı sinifdən sonra və universitet səviyyəsində təhsil ala bilmirlər. Qadağa beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunur.

Seçilən
25
2
adalet.az

3Mənbələr