2025-ci il ərzində Azərbaycandan 203,3 milyon dollar həcmində 130 min 907 ton pambıq ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, pambıq ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 10,2 milyon dollar və ya 5% azalsa da, miqdar ifadəsilə 1 917 ton, başqa sözlə 1,4% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 213,5 milyon dollar dəyərində 132 min 824 ton pambıq ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambığın 1 kiloqramının orta ixrac qiyməti 1,55 dollar (2,64 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,61 dollar (2,73 manat) idi. Bu da illik müqayisədə 0,06 dollar (0,09 manat) və ya 3,3% ucuzlaşma deməkdir.