AZ

Ekstremal soyuqlardan Niaqara şəlaləsi donub

Şimali Amerikada müşahidə olunan ekstremal soyuqlar dünyanın ən məşhur təbiət möcüzələrindən birinə təsir edib.

Ekologiya.az xəbər verir ki, kəskin hava şəraiti nəticəsində Niaqara şəlaləsi qismən donub, ərazi buzla örtülüb.

Yayılan görüntülərdə şəlalənin ətraf qayalarının və kənar sahələrinin tamamilə buz bağladığı aydın görünür. Axan suyun müəyyən hissəsi hərəkətdə qalsa da, güclü şaxta və külək nəticəsində nəhəng buz qatları formalaşıb.

Mütəxəssislər bildirirlər ki, Niaqara şəlaləsinin tam donması nadir hadisədir, lakin sərt qış dövrlərində bu cür mənzərələr vaxtaşırı müşahidə olunur və turistlərin böyük marağına səbəb olur.Musavat.com

Seçilən
19
1
ekologiya.az

2Mənbələr