ABŞ prezidenti Vaşinqtonun Tehrana təzyiqi artırdığını bildirərək İranı ABŞ ilə razılaşma imzalamağa çağırıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hazırda “daha bir gözəl və möhtəşəm armadanın İran istiqamətində hərəkət etdiyini” bəyan edib. O, 2025-ci ilin yayında Ağ Evin İran İslam Respublikasına qarşı hərbi zərbələr endirilməsi barədə verdiyi qərarı xatırladaraq, Tehranın Vaşinqtonla razılaşma bağlamasının vacibliyini vurğulayıb.
Tramp Ayova ştatında çıxışı zamanı bildirib ki, İran bu razılaşmanı daha əvvəl imzalamalı idi.
“Mən ümid edirəm, çox ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər. Onlar bunu ilk dəfə etməli idilər və o zaman ölkə indiki vəziyyətdə olmazdı”, deyə canlı yayımda Tramp ABŞ mediasının bildirib.
ABŞ prezidenti daha əvvəl Axios nəşrinə verdiyi müsahibədə Tehranın Vaşinqtonla danışıqlarda maraqlı olduğunu söyləsə də, İran ətrafında yaranmış vəziyyətin hələ də qeyri-müəyyən qaldığını qeyd edib.
Middle East Eye nəşrinin məlumatına görə isə ABŞ hakimiyyəti İranda etirazçılarının həlak olmasına görə məsuliyyət daşıdığı iddia edilən yüksək vəzifəli iranlı məmurlara və hərbi komandirlərə qarşı zərbələr endirməyi nəzərdən keçirir. Bildirilir ki, bu məsələ Ağ Evdə ciddi müzakirələrə səbəb olub və mümkün nəticələr ətrafında fikir ayrılıqları mövcuddur.
Nəşrin mənbəsinin sözlərinə görə, ABŞ-nin İrana zərbə endirməsi bu həftə baş verə bilər, lakin vaxt çərçivəsinin dəyişə biləcəyi də istisna edilmir. Məlumatda vurğulanır ki, Vaşinqtonun atacağı addımlar regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.
Poliqon.info