ABŞ Prezidenti Donald Tramp gömrük tariflərinin ölkəyə təxminən 600 milyard dollar gəlir gətirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq tarif gəliri əldə etmişik”.
Tramp əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.