AZ

Həsəkə və Kamışlıda Suriya təhlükəsizlik qüvvələri yerləşdiriləcək

Suriya Daxili Təhlükəsizlik Qüvvələri ölkənin şimal-şərqində yerləşən, əsasən kürdlərin məskunlaşdığı Həsəkə və Kamışlı şəhərlərinə yerləşdiriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, qərar Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDF) komandiri Məzlum Əbdi arasında Dəməşqdə aparılan danışıqlardan sonra qəbul olunub.

Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və kürd silahlı qüvvələrinin Suriyanın şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.

Seçilən
2
1
publika.az

2Mənbələr