Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq haqqında qətnaməni rədd ediblər.
SİA-nın məlumatına görə, bunu parlamentin saytında yayımlanan iclasın səsvermə nəticələri sübut edir. "Zəruri sayda səs toplanmadı, qətnamə qəbul edilmədi", - palatanın spikeri Yael Bron-Pive bildirib.
Qətnaməni 267 deputat dəstəkləyib. Onun qəbul olunması üçün 577 səsdən ən azı 289-u lazım idi.
Mətləb