Bakı. Trend:
Fransa Milli Assambleyasının deputatları baş nazir SebastyenLekornunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq haqqındaqətnaməni qəbul etməyiblər.
Trend xəbər verirki, parlamentin saytında yayımlanan iclasın səsvermə nəticələrinəgörə, zəruri sayda səs toplanmayıb. Palatanın spikeri YaelBron-Pive bildirib: “Zəruri sayda səs toplanmadı, qətnamə qəbuledilmədi.”
Qətnaməni 267 deputat dəstəkləyib, lakin onun qəbul olunmasıüçün 577 səsdən ən azı 289 səs tələb olunurdu.
Qətnaməni solçu “İtaətsiz Fransa” Partiyası təqdim etmişdi.Partiya fraksiyasının lideri Matilda Pano bildirib ki, qətnamə,əsasən, fransızları sərt büdcə qanunundan qorumaq məqsədilə irəlisürülüb. Səbəb isə hökumətin dövlət büdcəsinin üçüncü və sonhissəsini parlamentdə səsvermə olmadan, Konstitusiyanın 49-cumaddəsinin 3-cü bəndinə əsasən qəbul etməsi olub.
2026-cı il üçün hökumətin büdcə qanunu müdafiə sahəsi istisnaolmaqla bütün sahələrdə xərclərin azaldılmasını nəzərdə tutur.Müdafiə sahəsində isə əksinə, 6,7 milyard avro əlavə xərclərinartırılması planlaşdırılır.