AZ

“Fənər”in qolkiperi sabiq komandasına geri qayıdıb

“Fənərbaxça”nın qapıçısı Dominik Livakoviçin yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, xorvatiyalı oyunçu sabiq klubu Zaqreb “Dinamo”suna geri qayıdıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Razılaşmaya əsasən, 31 yaşlı qapıçı mövsümün sonunadək icarə əsasında Xorvatiya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fənərbaxça" Livakoviçi 2023-cü ildə "Dinamo"dan 6,65 milyon avroya transfer etmişdi.

İngiltərəli hücumçunun yeni klubu bəlli oldu - “Beşiktaş” açıqladı

A Seriyasından Premyer Liqaya

Braziliyalı hücumçu Premyer Liqa klubunda - RƏSMİ

FCSB - "Fənərbaxça" matçının hakimi açıqlanıb

"Mançester Yunayted"də ciddi itki: 10 həftə yaşıl meydanlardan uzaq qalacaq

Seçilən
9
2
apasport.az

3Mənbələr