AZ

Türkiyə Prezidenti Ərdoğan Donald Trampla telefon danışığı aparıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı DonaldTrampla telefon danışığı aparıb.

Trend xəbər verirki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyaİdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə SülhŞurası ilə bağlı proses və müdafiə sənayesi daxil olmaqla, regionalvə qlobal məsələləri müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, Ərdoğan Türkiyə ilə ABŞ arasındakıəməkdaşlığı inkişaf etdirmək üçün addımların davam etdiriləcəyinivurğulayıb və bütün sahələrdə münasibətlərin daha yüksək səviyyəyəqaldırılmasının hər iki ölkənin ortaq mənafeyinə uyğun olduğunubildirib.

Türkiyə lideri həmçinin Suriyada atəşkəs və inteqrasiyaanlaşmasının tam şəkildə yerinə yetirilməsinə böyük önəm verdiyiniqarşı tərəfin diqqətinə çatdırıb, prosesi həm ABŞ, həm də Suriyarəsmiləri ilə yaxından izlədiklərini qeyd edib.

Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitarböhranı sona çatdıracağı və Qəzzanın bərpası ilə bölgədə davamlısülhün bərqərar olacağına inandığını bildirib.

Seçilən
56
4
az.trend.az

10Mənbələr