İngiltərənin “Aston Villa” klubu heyətini möhkəmləndirib.
İdmanxeber.az xəbər verir ki, klub Temmi Abrahamı transfer edib. İngiltərə millisinin üzvü olan Abraham daha əvvəl “Roma”, “Milan” və “Beşiktaş”da oynayıb və 2018/2019 mövsümündə də “Aston Villa”nın Premyer Liqaya yüksəlməsinə böyük töhfə verib.
Cari mövsümdə 26 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.