ABŞ dollarının indeksi əsas dünya valyutalarına qarşı 96,2 bəndlik səviyyədən aşağı düşüb. Metbuat.az xəbər verir ki, bu barədə Londonun ICE birjasındakı ticarət əməliyyatlarındakı məlumatlarda qeyd edilir. Dolların indeksi 0,91 % azalaraq 96,175 bəndə enib. Ardınca bu göstərici 96,229 bənd səviyyəsində qalıb. Bildirilir ki, ABŞ dollarının belə enməsi son 4 ildə ilk dəfə baş verib. Qeyd edək ki, ABŞ dollarının indeksi funt sterlinq, Kanada dolları, İsveç kronu, İsveçrə frankı və avroya qarşı nisbətini göstərir. İndeksin yüksək olması bu valyutalara qarşı güclü olduğunu göstərir.