AZ

Ukrayna səfiri Macarıstan XİN-ə çağırıldı

Macarıstan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avropanın pulları hesabına yaşayan və eyni zamanda Avropa maraqlarını satmağa çalışan hər bir Viktorun boynunun ardına bir sillə ilişdirmək" çağırışından sonra Ukraynanın Budapeştdəki səfirini nazirliyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Nazirin məlumatına görə, Zelenski və Ukrayna hökuməti açıq şəkildə seçkinin nəticələrinə təsir göstərməyə çalışırlar:

"Aydındır ki, onlar "Tisa" partiyasının qalib gəlməsini istəyirlər, çünki əgər "Tisa" partiyası seçkidə qalib gəlsə, dərhal Ukraynanın Avropa İttifaqına daxil olmasına yaşıl işıq yandıracaq, Macarıstanı müharibəyə sürükləmək üçün dərhal Brüsselə "hə" deyəcək və Brüsselə macarların pullarını Ukrayna dövlətinin saxlanmasına sərf etməyə icazə verəcək".

Bununla əlaqədar Macarıstan Ukrayna səfirinə bildirib ki, Budapeşt kiminsə Macarıstanın parlament seçkisinə müdaxilə etməsinə dözməyəcək.

Qeyd edək ki, Macarıstanda parlament seçkisi 12 aprel 2026-cı il tarixində baş tutmalıdır.(oxu.az)

Seçilən
28
olke.az

1Mənbələr