AZ

Cülio Çentemero: Azərbaycanın coğrafi mövqeyi parlament dialoqu üçün yaxşı imkanlar yaradır  

Yanvarın 27-də Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri ADPA-nın Qadın Parlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb və Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova dünən ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib. O, yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Söhbət zamanı Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. O deyib ki, Azərbaycan Aralıq Dənizi regionunda olmasa da, mühüm regionda yerləşən bir ölkədir. Bu da parlament dialoqu üçün yaxşı imkanlar yaradır.

Görüşdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) ilə ADPA arasında əməkdaşlıq məsələlərinə də toxunulub. Sahibə Qafarova Milli Məclisin beynəlxalq əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbətdə QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçi statuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər iki təşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular barəsində də fikir mübadiləsi aparılıb.

Seçilən
22
15
azerbaijan-news.az

10Mənbələr