AZ

"İsa Qəmbərin öldürülməsinə imkan vermədim"

"Pənah Hüseyn və silahdaşları "KQB" məktəbi keçib. Bunlar professional böhtançıdır. Bunların işi namuslu insanlara şər atmaqdır". Metbuat.az xəbər verir ki, bu sözləri TV Musavat-a açıqlamasında siyasətçi Nemət Pənahlı deyib. O, vaxtilə eyni cəbhədə olduğu adamların sovet "KQB"sinə işlədiyini vurğulayıb: "Mən xalqın içindən çıxmışdım, bunlar isə imperiyaya xidmət edirdilər. Buna görə məni ləkələmək istəyirdilər. Azərbaycanda bunlardan yaxşı şər-böhtan atmağı bacaran qüvvə yoxdur. Bütövlükdə Xalq Cəbhəsi imperiyaya xidmət edirdi. Pənah da, Elçibəy də "KQB"min agentləri idi". Qocaman siyasətçi tarixə ekskursiya etməyi də unutmayıb. O, Əbulfəz Elcibəyin, Etibar Məmmədovun, Pənah Hüseynin sərhədlərin sökülməsinə qarşı çıxdıqlarını xatırladıb: "Çünki ağaları belə istəyirdi". Nemət Pənahlı TV Musavat-a açıqlamasında sensasiya sayılacaq açıqlama verib. O, 1993-cu ildə baş verən Gəncə hadisələri zamanı üsyançıların həmin vaxt hakimiyyətdə olan bəzi şəxslərin başını kəsməyə hazırlaşdıqlarını iddia edib: "Plan hazır idi. Mən İsa Qəmbərin, Pənah Hüseynin, Əli Kərimlinin başını kimlərin kəsəcəyini dəqiq bilirdim. Bu barədə vaxtında məlumat aldığım üçün adlarını çəkdiyim bu adamların öldürülməsinə imkan vermədim".

Səbinə Hüseynova / Metbuat.az

Seçilən
37
1
metbuat.az

2Mənbələr