AZ

İkardi qərarını verdi

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı yenidən gərgin vəziyyət yaranıb. Argentinalı qolçunun komandanı tərk etmək istədiyi deyilir. Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Okan Burukun “Atletiko Madrid” matçında İkardini ehtiyat oyunçular skamiyasında oturtması narazılıq yaradıb. Futbolçunun ötən həftə “Fatih Karagümrük”lə keçirilən qarşılaşmada yenə əsas heyətə düşə bilməməsi ziddiyyətləri daha da dərinləşdirib. Bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirən 33 yaşlı futbolçu menecerinə yeni klub tapması üçün təlimat verib. Türkiyə mediası “Qalatasaray” rəbərliyinin argentinalı qolçunun bu qərarından xəbərdar olduğunu yazıb. KİV-in iddiasına görə, klub rəhbərliyi mövsümün sonunda İkardi ilə yolları ayırmağa hazırdır.

Qeyd edək ki, təcrübəli futbolçunun “Fatih Karagümrük”lə keçirilən oyundan sonra qələbəni qeyd edən komanda yoldaşlarına qoşulmaması azarkeşlər tərəfindən sərt tənqid olunub.

Seçilən
9
metbuat.az

1Mənbələr