Minsk Kiyevin Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işi açmaq niyyətindən xəbərsizdir.
"Ölkə.az" xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eismont bildirib.
"Bu, bizim üçün byenilikdir. Bu cür müzakirələr və niyyətlər barədə heç nə bilmirik, amma çox da narahat deyilik", - o bildirib.
Xatırladaq ki, Ukraynanın "Yevropeyskaya Pravda" qəzeti Ukrayna hakimiyyətinin Belarus liderinə qarşı cinayət işi açmağı nəzərdən keçirdiyini bildirmişdi. Bu mövzu Ukrayna prezidenti Volodimir Zelenski ilə Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya arasında keçirilən görüşdə də müzakirə olunub.
Bir müddət əvvəl "Ukrainian Pravda" qəzeti Ukrayna prezident aparatındakı mənbələrə istinadən Zelenskinin Yermakın istefasından sonra Belarusa qarşı siyasətini dəyişdirdiyini bildirmişdi. Yermak Belarus-Ukrayna sərhədində gərginliyin artmasından qorxaraq Belarus müxalifəti ilə münasibətlər qurmaqda tərəddüd edirdi.
Elvin
Ölkə.az