Leyborist Partiyası 2024-cü ilin iyul ayında hakimiyyətə gələndən bəri, Böyük Britaniya Ukraynadakı hərbi qulluqçularının sayını artırıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli İcmalar Palatasının (aşağı palata) Müdafiə Komitəsindəki çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, respublikada "bir neçə Britaniya hərbçisi" çalışır, Kiyevdəki Britaniya səfirliyinin təhlükəsizliyini təmin edir və Ukraynanın müdafiəsinə kömək edir.
“Bu vəziyyət səfirliyin müdafiə bölməsi 2022-ci ilin aprelində yenidən açılandan bəri davam edir. Bu rəqəm 2024-cü ilin iyul ayı seçkilərindən bəri artıb. Ukraynanın xahişi ilə ona dəstəyimizi artırmağa davam edirik”, - deyə Heli bildirib.