AZ

Yeməyi çeynəmədən udmaq qanda şəkərin səviyyəsini SABİT SAXLAYIR

İllər ərzində çoxlu sayda pəhriz növləri mövcud olub və onların bəziləri digərlərinə nisbətən daha çox elmi əsaslara malik olub.

Bizim.Media xəbər verir ki, 1986-cı ildə aparılmış bir araşdırma hətta tort yeməyin belə pəhriz sayıla biləcəyini göstərib.

Alimlər könüllülərdən eyni yeməyi iki dəfə yeməyi xahiş ediblər — bir dəfə yeməyi çeynəyərək, ikincidə isə çeynəmədən udaraq.

Daha sonra onların qandakı şəkər səviyyəsi ölçülüb. Məlum olub ki, iştirakçıların qanda şəkər səviyyəsi yeməyi çeynəmədən udduqları zaman daha stabil olub. Bu isə məhsulların qlisemik indeksinin azalmasına gətirib çıxarıb. Yəni yeməyi çeynəmədən udmaq qanda şəkəri sabit saxlamağın və sözdə “insulin dirəncinin” qarşısını almağın sadə üsuludur.
 

İnsulin dirənci - yeməkdən sonra qanda qlükozanın artması nəticəsində mədəaltı vəzinin həddindən artıq insulin ifraz etməsi vəziyyətidir. İnsulin qəbul edilən bütün karbohidratları tez bir zamanda istifadə edir və nəticədə orqanizmdə yenidən qlükoza çatışmazlığı yaranır, insan tezliklə yenidən aclıq hiss edir.


Yeməyi çeynəmədən udduqda qlükoza səviyyəsi stabil qalır, insulin yüksəlişi baş vermir və vaxtından əvvəl aclıq hissi yaranmır. Hər bir məhsul altı iştirakçı tərəfindən yeyilib. Könüllülərə qarğıdalı, düyü, doğranmış alma və kartof təqdim olunub. Hər iştirakçı hər bir məhsulu iki dəfə yeyib: birinci dəfə yaxşıca çeynəyərək, ikinci dəfə isə çeynəmədən udaraq.

Əgər məhsullar çeynənərdisə, iştirakçıların qanda qlükoza səviyyəsi yeyilən məhsula uyğun şəkildə yüksəlirdi.

Çeynəmədən udmaq isə hər bir məhsul üzrə insulin reaksiyasını azaldıb ki, bu da karbohidratların qəbulu zamanı yaranan effektə bənzəyir.

Bizim.Media

Seçilən
31
1
bizim.media

10Mənbələr