AZ

“Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədi" - Ceremi Frimponq

“Liverpul”un futbolçusu Ceremi Frimponq Çempionlar Liqasında “Qarabağ”a qarşı sabah keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında əvvəlcə Almaniyadan - “Bayer-04”dən İngiltərəyə qayıtmağının və “Liverpul”da oynamağın üstünlüyünü şərh edib:
"Özümü burda çox yaxşı hiss edirəm. Böyük Britaniyaya qayıtdığım üçün xoşbəxtəm. Burda özümü evimdəki kimi hiss edirəm. Çempionlar Liqası bizim üçün əsas hədəfdi. Bəzən meydanda işlər istədiyimiz kimi getməsə də, hər matçda sonadək mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdi. Sabahkı qələbə bizi birbaşa 1/8 finala daşıyacaq."
Ötən həftə premyer-liqada “Bornmut”a məğlubiyyəti (2:3) xatırlayan Frimponq deyib:
“Belə hallar çox əsəbi olur, xüsusilə son dəqiqədə qol buraxanda. Amma növbəti gün qarşıdakı oyuna köklənməyə başlayırıq. Mənim və komandamın diqqəti indi "Qarabağ"la oyundadı”.
“Bayer-04”də oynayan zaman “Qarabağ”la qarşılaşmaları xatırlayan futbolçu bunları bildirib:
"Gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geri dönüş edə bildik. Onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədi. Bu, asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq".
Seçilən
55
5
football-plus.az

6Mənbələr