Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çempionlar Liqasında əsas mərhələ başa çatmaq üzrədi. Çərşənbə günü sonuncu - 8-ci turun oyunları keçiriləcək. "Football-plus.az" xəbər verir ki, maraqlı qarşılaşmalardan biri Mançesterdə keçiriləcək. Son 3 turun 2-də uduzan və ''8-liy''ə düşmək üçün hökmən qələbəyə ehtiyacı olan ''Mançester Siti'' ''Qalatasaray''ı qəbul edəcək. ''Şəhərlilər''in çalışdırıcısı Xosep Qvardiola oyunöncəsi mətbuat konfransında önəmli acıqlamalar verərək ''Qalatasaray''ı tərifləyib:
''Bizi yalnız öz xal durumumuz maraqlandırır. ''Qalatasaray'' qarşısında meydana qələbə üçün çıxacağıq. Holann ilə son durumu barədə danışmamışam. Oynayıb-oynamayacağına baxacağıq. Türkiyədəki futbolçuları izlədim. Mükəmməl oyunçulardı. Bizim isə heyətdə problemlərimiz var. Əlimizdən gələni etməliyik. Sane burda əla oynamışdı. İlkay Gündoğan isə kapitanımız idi. Burda böyük uğurlar qazandı. Hər ikisi ilə bağlı gözəl xatirələrim var. İkisinə də komandamıza qatdıqlarına görə sonsuza qədər minnətdaram. Onları yenidən görəcəyim üçün sevincliyəm. Biz daha yaxşı oynamalı və daha çox fürsət yaratmalıyıq. Belə olacağı təqdirdə Holann da qollar vuracaq. İndiyə qədər ''Barselona'', ''Bavariya'' və ''Siti''nin başında səfərdə Türkiyə klublarına qarşı oynamamışam. Oynamaq istərdim. ''Qalatasaray'' üçün də böyük bir gecə olacaq. Onların fanatları hər zaman stadionda gözəl atmosfer yaradır. ''Qalatasaray'' çox yaxşı komandadı. Onlara böyük hörmətimiz var. ÇL-də hər qarşılaşmada olduğu kimi bu matç da çətin keçəcək. ''Qalatasaray'' Türkiyənin ən böyük klublarından biridi. Yaxşı futbolçular alırlar. Sürətli və səviyyəli oyunçuları var. Niko Qonsalesin son durumuna matçdan öncə qərar verəcəyik. Türkiyəyə gedən Ederson, Sane və İlkay fanatlar haqda yalnız xoş sözlər söyləyib. Amma dediyim kimi burdakı matçda da əla atmosferin olacağını düşünürəm''.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.