AZ

“Bu, mənim və ailəm üçün vacibdir” - “Barselona”dan PSJ-yə keçən

“Barselona” akademiyasının yetirməsi olan Dro Fernandes PSJ-yə qoşulmaqla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu bildirib:

“PSJ-yə qoşulduğum üçün xoşbəxt və qürurluyam. Bu, mənim və ailəm üçün vacib andır.

Klubu uşaqlıqdan tanıyıram və bir çox əfsanə burada oynayıb. İndi motivasiyam var və bu formada bütün gücümü sərf etməyə hazıram”.

18 yaşlı ispaniyalı futbolçu Fransa klubu ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb. O, komandada 27 nömrəli formanı geyinəcək.

Fernandes “Barselona” akademiyasında çıxış edib və 2025-ci ildə əsas komandaya keçib. O, bu mövsüm Kataloniya klubunda 5 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Seçilən
4
sportinfo.az

1Mənbələr